"FİFTH THİRD" biznes müştəriləri üçün "BREX" ilə tərədaşlıq qurdu
ABŞ-ın regional bankı “Fifth Third” fintex şirkəti “Brex” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Razılaşmaya əsasən, “Brex” bankın biznes müştəriləri üçün kommersiya kartları və xərclərin idarə olunması həllərinin əsas provayderi olacaq.
Yeni proqram “Brex”in daxili ödəniş platforması üzərində qurulacaq və banklara korporativ kartların emissiyası, həmçinin süni intellekt alətləri vasitəsilə xərclərin avtomatik izlənməsi imkanı yaradacaq.
Bankın baş icraçı direktoru Tim Spens bildirib ki, “Brex”in süni intellekt əsaslı innovasiyalarının bank təcrübəsi ilə birləşməsi bizneslər üçün daha çevik və effektiv maliyyə həlləri yaradacaq. Müqavilənin maliyyə şərtləri açıqlanmayıb.