Rusiyalılar Hindistanda nağdsız gəzə biləcəklər

Sen 19, 2025 - 21:24
Dek 14, 2025 - 21:26
 0
Rusiyalılar Hindistanda nağdsız gəzə biləcəklər

Rusiyalı turistlər Hindistana səfər edərkən nağd pul götürmək məcburiyyətində deyillər. Bu ölkədə malların və xidmətlərin nağdsız ödənişi üçün istifadə olunan elektron pulqabını (elektron cüzdanı) Rusiya bankının mobil tətbiqi vasitəsilə doldurmaq mümkündür. Bu barədə Sberbank-ın mətbuat xidməti məlumat yayıb.
“Rusiya ilə Hindistan arasında nağdsız pul köçürmələri bizim üçün prioritetdir. Hazırda iki ölkə arasında iqtisadi əlaqələr, turizm və miqrasiya axınları sürətlə inkişaf edir. Məqsədimiz bu köçürmələri sürətli, rahat və təhlükəsiz etməkdir. Artıq Hindistandan olan əmək miqrantları Rusiyadan öz ölkələrinə hesab nömrəsi ilə pul göndərə bilir, hindistanlı tələbələr isə Rusiya universitetlərində təhsil haqlarını ödəyə bilirlər. İndi isə biz Rusiyalı turistlər üçün Hindistanda nağdsız ödəniş imkanını təqdim etdik” - deyə Sberbank İdarə Heyətinin sədr müavini Anatoli Popov bildirib.
Hindistanda rahat və nağdsız səfər üçün xüsusi mobil tətbiq yükləmək və orada qeydiyyatdan keçmək lazımdır — bu, öncədən, hələ Rusiyada olarkən həyata keçirilə bilər. Qeydiyyat üçün pasport və qüvvədə olan Hindistan vizası tələb olunur.
Elektron cüzdanı aktivləşdirmək üçün isə Hindistana çatdıqdan sonra bankın tərəfdaşı olan agentlə görüşmək lazımdır. Bu görüşü mobil tətbiq üzərindən təyin etmək mümkündür. Xidmət Hindistanın bütün böyük şəhərlərində əlçatandır və agent istifadəçinin seçdiyi istənilən yerə gələ bilər.
Aktivləşmədən sonra elektron cüzdan bank tətbiqi vasitəsilə asanlıqla doldurula bilər və vəsaitlər dərhal hesaba köçürülür