Böyük Britaniyada kriptovalyutalar rəsmi mülkiyyət kimi tanındı
Böyük Britaniya parlamenti rəqəmsal aktivlərin şəxsi mülkiyyət kimi tanınmasını nəzərdə tutan yeni qanunu qəbul edib. Sənədi Kral III Karl təsdiqləyib. Yeni qanuna əsasən, rəqəmsal və elektron aktivlər şəxsi mülkiyyət obyektləri hesab olunacaq. Onların hüquqi statusu maddi və ya qeyri-maddi əmlak kateqoriyalarından asılı olmayacaq. CryptoUK bildirib ki, bu dəyişiklik istifadəçilərə mülkiyyət hüquqlarını sübut etmək, oğurlanmış aktivləri geri qaytarmaq, aktivləri iflas proseslərinə daxil etmək və miras kimi ötürmək imkanları yaradacaq. Qeyd edək ki, bundan öncə Hindistan və Sinqapur da kriptovalyutaları rəsmi mülkiyyət kimi tanıyıb.