Trump ailəsi bir ayda 1 milyard dollar itirdi
Son aylarda kripto bazarında baş verən kəskin düşüş ABŞ prezidenti Donald Trump və ailəsinin sərvətinə ciddi zərbə vurub. Bloomberg-in məlumatına görə, sentyabrın əvvəlinə 7,7 milyard dollar olan Trump ailəsinin sərvəti hazırda 6,7 milyard dollara enib. Bazara çıxarıldığı ilk gündə 15 milyard dollar dəyər qazanan memecoin $TRUMP bir neçə saat ərzində 76% ucuzlaşaraq sərmayədarları təəccübləndirib. Hazırda tokenin qiyməti ilkin dəyərinin 85%-ni itirib və Trump ailəsinin bu tokenlərdəki payı təxminən 310 milyon dollara enib.
Ailənin digər böyük layihəsi olan World Liberty Financial-in WLFI tokenləri də sentyabrdan bəri 38% ucuzlaşıb. Tokenlərin əvvəlki dəyəri 6 milyard dolları keçsə də, hazırda 3,15 milyard dollara bərabərdir. Trump Media və Texnologiya Qrupu isə il ərzində 70% dəyər itirib. 11.500 Bitcoin və 147 milyon dollar dəyərində CRO tokeninə sahib olan şirkətin hər iki aktivi də ucuzlaşıb.
Buna baxmayaraq, Eric Trump X hesabında kripto alqı-satqısını təşviq edir və investorları bazarın yüksək dəyişkənliyinə hazır olmağa çağırır