Binance istifadəçiləri 300 milyonu keçdi
Binance istifadəçilərinin sayının 300 milyonu keçdiyini açıqlayıb. Şirkətin məlumatına görə, platforma ilk 100 milyon istifadəçini 5 ildə, növbəti 100 milyonu təxminən 3 ildə, sonuncu 100 milyonunu isə cəmi 18 ayda cəlb edib. Şirkətin CEO-su Riçard Teng bildirib ki, əgər Binance-in istifadəçi bazası bir ölkə olsaydı, əhali sayına görə dünyada dördüncü ölkə olardı.
Hazırda platformaya gün ərzində 180 mindən çox yeni istifadəçi qoşulur. Riçard Teng istifadəçi artımını kriptovalyutaların kütləvi maliyyə alətinə çevrilməsiylə əlaqələndirib. Şirkət növbəti mərhələdə dünyada bir milyard istifadəçiyə çatmağı hədəfləyir