Səudiyyə Ərəbistanından stabilkoinlər ilə bağlı vacib addım
Səudiyyə Ərəbistanı hökuməti stabilkoinlər ilə bağlı vacib bir addım atır.
Cashless.az xəbər verir ki, dövlət nəzarəti ilə stabilkoinlər bazara çıxarılacaq.
Əmirlikdə nazir vəzifəsində çalışan Majid bin Abdullah Al-Hogail-in sözlərinə əsasən hökumət Kapital Bazarı Üzvləri və Mərkəzi Bankla birlikdə tezliklə stabilkoinlər hazırlamağı hədəfləyir. Nazir vurğulayıb ki, əgər rəqəmsal valyutalar Əmirliyin dəyərləri və nəzarəti ilə inkişaf etdirilsə, bu daha çevik maliyyə sistemi yaradacaq.