BƏƏ Yaxın Şərqdə aparıcı fintex habına çevrilib
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yaxın Şərqdə aparıcı fintex habına çevrilib.
Cashless.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il ölkədəki fintex şirkətlərinin sayı nə az nə çox, düz 329 olub.
Səudiyyə Ərəbistanında isə bu 261, Misir də isə 177-dir. Ölkə fintex investisiyalarının həcminə görə də regionda dominatlığını qoruyur.
Məlumata əsasən bazardakı rolunu nəzərə alaraq BƏƏ bu ilin sonuna və növbəti ildə də vacib fintex tədbirlərinə ev sahibliyi edəcək.