"Google Pay" Səudiyyə Ərəbistanında fəaliyyətə başladı
Səudiyyə Ərəbistanı Mərkəzi Bankı (SAMA) "Google Pay" xidmətinin ölkədə istifadəyə verildiyini elan edib.
Cashless.az xəbər verir ki, bu sistem mada milli ödəniş şəbəkəsi vasitəsilə işləyir və Money20/20 Yaxın Şərq Konfransı çərçivəsində təqdim olunub.
Bu təşəbbüs, nağdsız cəmiyyətə keçidi sürətləndirmək və beynəlxalq standartlara uyğun rəqəmsal ödəniş sistemini inkişaf etdirmək məqsədi daşıyır.
"Google Pay" istifadəçilərə MADA (Səudiyyə Ərəbistanının milli ödəniş şəbəkəsidir) və kredit kartlarını "Google Wallet" tətbiqində təhlükəsiz və rahat idarə etməyə imkan verir