Trampın tarif planı panika yaratdı

Okt 11, 2025 - 19:45
Dek 14, 2025 - 19:45
 0
Trampın tarif planı panika yaratdı

Qlobal maliyyə bazarlarında bu gün kəskin satış dalğası baş verib — S&P 500 və Nasdaq indeksləri 2-3% civarında dəyər itirib. 📈
Bu enişin başlıca katalizatorlarından biri Donald Trampın 1 noyabrdan Çin mallarına 100 % əlavə tariflər tətbiq edəcəyi ilə bağlı açıqlaması olub. Trampın bu açıqlaması bazarlarda ticarət gərginliyi və iqtisadi qeyri-müəyyənliklərin artması qorxusunu gücləndirib.
Texnologiya sektoruna düşən zərbə xüsusilə ağır olub — Nvidia, Tesla, Amazon kimi şirkətlərin səhmləri 2-5% arasında düşüb.
Hazırda investorlar risk aktivlərindən uzaqlaşaraq stabil aktivlərə keçid edir, analitikləri isə volatilliyin yaxın günlərdə də davam edə biləcəyini ehtimal edirlər.