Türkiyənin "Paribu" platforması MENA bazarına daxil olur

Dek 8, 2025 - 13:12
Dek 15, 2025 - 13:14
 0
Türkiyənin "Paribu" platforması MENA  bazarına daxil olur

Türkiyənin aparıcı rəqəmsal aktiv platforması olan Paribu, Yaxın Şərq və Şimali Afrika bölgəsinin ən böyük yerli kripto birjası CoinMENA‑nı satın alıb. Dəyəri 240 milyon dollara qədər yüksələn bu anlaşma Türkiyə tarixinin ən böyük fintek satınalması olmaqla yanaşı, ölkənin kripto sektorunda həyata keçirilən ilk beynəlxalq satınalma hesab olunur.
Paribu bu satınalma ilə kriptonun ən çox istifadə olunduğu bazarlardan biri olan mena bölgəsində lisenziyalı bir oyunçuya çevrilib. Şirkət həmçinin Bəhreyn Mərkəzi Bankı və Dubay Virtual Aktivlər Tənzimləmə Təşkilatının lisenziyalarına malik iki ayrı qurum vasitəsilə regionda tənzimlənən operator statusu əldə edib. Qeyd edək ki, bu günə qədər BECO, Arab Bank Switzerland, Circle və Bunat Ventures kimi investorların dəstəyi ilə təxminən 20 milyon dollar sərmayə cəlb edən CoinMENA hazırda 45-dən çox ölkədə 1,5 milyon istifadəçiyə xidmət göstərir. Platforma 50-dən çox kripto aktivlə yanaşı, ABŞ dolları və 8 fərqli yerli valyutada əməliyyat imkanı təqdim edir.