VİSA Suriyada rəqəmsal ödəniş sistemi qurur

Dek 5, 2025 - 14:27
Dek 15, 2025 - 14:28
 0
VİSA Suriyada rəqəmsal ödəniş sistemi qurur

Visa Suriya Mərkəzi Bankı ilə ölkədə rəqəmsal ödəniş ekosisteminin qurulması və maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üçün strateji yol xəritəsi barədə razılığa gəlib. Visa açıqlamasında bildirib ki, tərəflər Suriya­nın qlobal rəqəmsal iqtisadiyyata qoşulmasını sürətləndirmək üçün birgə işləyəcəklər. Şirkət mərhələli rəqəmsallaşma planı vasitəsilə beynəlxalq standartlara uyğun, dayanıqlı və təhlükəsiz ödəniş ekosisteminin yaradılmasını dəstəkləyəcək.
Visa-nın əsas prioriteti lisenziyalı maliyyə qurumları ilə əməkdaşlıq yolu ilə ölkədə müasir ödəniş infrastrukturunu inkişaf etdirməkdir.