Kriptovalyuta bazarında sərt eniş: 150 milyardlıq dəyər itkisi

Okt 11, 2025 - 16:09
Dek 14, 2025 - 16:09
 0
Kriptovalyuta bazarında sərt eniş: 150 milyardlıq dəyər itkisi

Dünən gecədən etibarən qlobal kriptovalyuta bazarında kəskin eniş müşahidə olunub. Qısa zaman ərzində bazarın ümumi dəyəri 150 milyard dollardan çox azalıb və minlərlə investorun mövqeləri likvidasiya edilib.📉
Lider kriptovalyuta olan Bitcoin təxminən 8% ucuzlaşaraq 112 min dollar səviyyəsinə qədər geriləyib. Ethereum və digər əsas altkoinlərdə də 10–15% arası dəyər itkisi qeydə alınıb.
Mütəxəssislər enişin səbəbi kimi qısamüddətli satış təzyiqini, riskli aktivlərdən çıxış meylini və stabilcoin bazarında texniki satışları göstərirlər.
Bazar göstəricilərinə görə, “Fear & Greed Index” (Qorxu və Tamah İndeksi) son altı ayın ən aşağı səviyyəsinə düşüb ki, bu da investorların daha ehtiyatlı davranmağa başladığını göstərir.
Hazırda investorların bir qismi stabil aktivlərə yönəlir, analitiklər isə bazarda dalğalanmanın bir müddət də davam edəcəyini istisna etmirlər