Özbəkistanda maliyyə texnologiyalarına 1 milyard dollarlıq investisiya

Noy 28, 2025 - 13:06
Dek 15, 2025 - 13:06
 0
Özbəkistanda maliyyə texnologiyalarına 1 milyard dollarlıq investisiya

Özbəkistan hökuməti maliyyə texnologiyaları sahəsinin inkişafı üçün genişmiqyaslı paket hazırlayıb. Yeni qərara əsasən, Mərkəzi Bank yanında 50 milyon dollarlıq vençur fond və innovasiya hub-u yaradılacaq.

2026–2030-cu illəri əhatə edən strategiya çərçivəsində startaplara 1 milyard dollar investisiya cəlb olunması və bazarda iştirakçıların sayının 200-ə çatdırılması planlaşdırılır. Növbəti ildən hub iştirakçılarına kurs və sertifikat xərclərinin 50%-ni (20 min dollara qədər) dövlət ödəyəcək. Bundan əlavə, açıq bankçılıq sisteminə keçid, stabilkoinlər üçün xüsusi hüquqi rejimin tətbiqi və tokenləşdirilmiş maliyyə alətləri üçün ayrıca ticarət platformasının yaradılması da nəzərdə tutulur.