PayPal Liverpool-un rəsmi ödəniş partnyoru oldu
PayPal Premyer Liqa klubu ilə ilk əməkdaşlığını quraraq Liverpool-un rəsmi ödəniş partnyoru olub. Əməkdaşlıq çərçivəsində PayPal həm onlayn, həm də stadiondakı alışlar zamanı azarkeşlər üçün ödəniş proseslərini sadələşdirəcək. Azarkeşlər PayPal ilə etdikləri alışlara görə bonus xalları qazanacaq, Bluer səviyyəsindən başlayaraq Gold və Black səviyyələrinə yüksələrək əlavə üstünlüklər əldə edəcəklər. Yüksək səviyyəli üzvlər xallarının dəyərinin 50%-ə qədər artırılması və eksklüziv klub imtiyazlarından faydalana biləcəklər.
PayPal artıq klubun bütün rəqəmsal platformalarında ödəniş metodu kimi mövcuddur və yaxın gələcəkdə əsas rəqəmsal ödəniş seçiminə çevriləcək. Şirkət bununla dünya üzrə futbol azarkeşlərinə təqdim etdiyi rəqəmsal ödəniş xidmətlərini daha da gücləndirməyi hədəfləyir.