Startap şəhadətnaməsi üçün 8 şirkət seçildi
Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Startap şəhadətnamələrinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti iclası keçirilib.
Yeni tərkibdə baş tutan ilk iclasda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak edib. Toplantıda Startap şəhadətnaməsi almaq üçün müraciət etmiş 15 sahibkarlıq subyektinin təqdimatları dinlənilib.
Qiymətləndirmə nəticəsində 8 layihəyə Startap şəhadətnaməsinin verilməsi tövsiyə olunub. Şəhadətnamələr yaxın günlərdə KOBİA tərəfindən təqdim ediləcək.
Hazırkı göstəricilərlə, ölkə üzrə Startap şəhadətnaməsi alan sahibkarlıq subyektlərinin sayı 228-ə yüksəlib.
Qanunvericiliyə əsasən, Startap şəhadətnaməsi sahibləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il müddətinə mənfəət və gəlir vergisindən azaddırlar.
Xatırladaq ki, Ekspertlər Şurasının yeni tərkibi İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə formalaşdırılıb və 2 il ərzində fəaliyyət göstərəcək.