Rusiyada yeni təmassız ödəniş texnologiyası istifadəyə veriləcək

Noy 25, 2025 - 12:52
Dek 15, 2025 - 12:53
 0
Rusiyada yeni təmassız ödəniş texnologiyası istifadəyə veriləcək

Rusiyada Apple Pay-in və Google Pay-in funksiyalarını əvəz edəcək yeni təmassız ödəniş texnologiyası təqdim olunub. Bu barədə keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putinə Sberbank rəhbəri German Qref məruzə edib.
Qeyd olunub ki, Sberbankın hazırladığı yeni sistem NFC əvəzinə Bluetooth texnologiyası üzərində qurulub. Qref bildirib ki, mobil telefonla ödəniş üsulu uzun müddət istifadəçilər arasında populyar olub və bank bu funksiyanı Bluetooth vasitəsilə tam şəkildə bərpa etməyin texniki həllini tapıb.. O həmçinin əlavə edib ki, bu portu bloklamaq mümkün deyil. Prezident Vladimir Putin isə mövcud geosiyasi vəziyyətin fonunda Rusiyanın yerli texnologiyaları inkişaf etdirməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, iyunda VTB Bank da Apple Pay-in analoqu olacaq “Волна” adlı yeni ödəniş xidmətinin testlərinə başladığını açıqlayıb.